14:49 - 3.09.2025
3 sentyabr, Fineko/abc.az. Deutsche ReGas, Alman kimya nəhəngi BASF və Norveçin enerji şirkəti Equinor ilə Baltik dənizi sahilindəki Mukran terminalında mayeləşdirilmiş təbii qazın (LNG) regazifikasiya güclərinin yaradılması ilə bağlı uzunmüddətli müqavilələr bağlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə Reuters yazır.
Deutsche ReGas-ın baş direktoru İnqo Vaqner qeyd edib: “Biz aparıcı kimya şirkətlərindən birinin enerji təhlükəsizliyini dəstəkləməkdən və Almaniya və Avropaya aparıcı təbii qaz tədarükçüsü ilə işləməkdən qürur duyuruq”.
Equinor nümayəndəsi, şirkətin Mukran terminalında Norveçin şimalındakı Hammerfest zavodundan LNG tədarükü və üçüncü tərəf yükləri üçün güc ayırdığını təsdiqləyib.
Müqavilələrin şərtləri açıqlanmayıb.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026