14:48 - 3.09.2025
3 sentyabr, Fineko/abc.az. Türkiyədə illik inflyasiya yenidən azalıb.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatından bildirilib. Cari ilin avqust ayında illik inflyasiya 32.95% təşkil edib.
İyul ayında bu rəqəm 33.52% təşkil etmişdi. Avqust ayında istehlak qiymətləri əvvəlki aya görə 2.04% artıb.
Qeyd edək ki, son bir ildə ərzaq və alkoqolsuz içkilər üzrə 33.28%, nəqliyyatda 24.86%, mənzillərdə isə 53.27% artım müşahidə olunub.
Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə – 85,5%-ə çatmışdı, ötən il isə bu göstəricinin ən yüksək səviyyəsi – 75.45%-lə may ayında qeydə alınıb.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026