17:24 - 2.09.2025
2 sentyabr, Fineko/abc.az. Asiya İnkişaf Bankının və hökumət mənbələrinin qiymətləndirmələrinə görə, 2030-cu ilə qədər Qafqaz və Mərkəzi Asiya ölkələrində - Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanda enerji tələbatı 43 % artaraq təxminən 134 milyon ton neft ekvivalentinə (2020-ci ildə 94 milyon ton) çatacaq.
ABC.AZ xəbər verir ki, bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin hesabatında qeyd edilib.
İstehlakın sürətli artmasına baxmayaraq, region hələ də qalıq yanacaqlardan asılı olaraq qalır, karbohidrogenlər elektrik enerjisi istehsalı strukturunda təxminən 75 % təşkil edir.
8 Avqust 2026
8 Avqust 2026