12:09 - 2.09.2025
2 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 11 milyard 561,1 milyon manat təşkil edib.
ABC.AZ quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % çoxdur.
Vergi daxilolmaları proqnozdan 5,4 % çox icra edilib.
Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 15,5 milyard manat vəsait köçürməlidir. Beləliklə, 8 ay ərzində həmin məbləğin 74,6 %-i təmin olunub.
18 Avqust 2026