10:06 - 2.09.2025
2 sentyabr, Fineko/abc.az. Britaniyanın fintex startapı “Revolut” işçilərinin bir qisminin səhmlərini sata bilməsi üçün 75 milyard dollar qiymətləndirmə ilə ikincili kütləvi təklifə (SPO, Secondary Public Offering) başlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətin sənədlərinə istinadən “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, “Revolut” hər bir səhmi 1381.06 dollar qiymətinə satmağı planlaşdırır. Beləliklə, London şirkətinin əməkdaşları öz səhmlərinin 20%-ə qədərini sata biləcəklər.
Həm yeni, həm də mövcud investorlar sövdələşməyə maraq göstəriblər. Agentliyin mənbəsi vurğulayıb ki, şirkət mütəmadi olaraq işçilərinə likvidlik əldə etmək imkanları yaradır.
17 Avqust 2026
15 Avqust 2026