17:37 - 29.08.2025
29 avqust, Fineko/abc.az. Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin İsrail üçün hava məkanını bağladığını və Türkiyə gəmilərinin İsrail limanlarına girməsini qadağan etdiyini bəyan etdi.
"Biz İsrail ilə ticarəti tamamilə dayandırdıq, Türkiyə gəmilərinin İsrail limanlarına girməsinə icazə vermirik. İsrail təyyarələrinin hava məkanımıza daxil olmasına icazə vermirik. İsrail ilə ticarət əlaqələrini tamamilə dayandıran başqa bir ölkə yoxdur", — deyə Fidan Qəzza zolağındakı vəziyyətin müzakirə olunduğu Türkiyə parlamentinin növbədənkənar iclasında bildirib
ABC.AZ xəbər verir ki, Türkiyə XİN başçısının sözlərinə görə, İsrail Qəzzada humanitar yardımın paylanmasına mane olur, "aclıqdan silah kimi istifadə edir".
"İsrail dövlət terrorizmini davam etdirir. Qəzzada soyqırım daha da ağırlaşır", - deyə Fidan qeyd edib.
Türkiyə hökuməti daha əvvəl respublikanın 2024-cü ilin may ayında İsraillə ticarətini tamamilə dayandırdığını bildirmişdi.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026