Braziliya Vaşinqtonun ticarət siyasətinə qarşı əks tədbirlər hazırlayır

14:49 - 29.08.2025


29 avqust, Fineko/abc.az. Braziliya hakimiyyəti ölkənin Xarici Ticarət Palatasına ABŞ-a qarşı əks tədbirlərin görülmə ehtimalını qiymətləndirməyə icazə verib.

ABC.AZ xəbər verir ki, indi millət vəkilləri bir ay ərzində Vaşinqtonun hərəkətlərinin iqtisadi qarşılıqlılıq Qanununa uyğun olub olmadığını müəyyənləşdirməlidirlər. Aprel ayında qəbul edilən və iyul ayında Konqres tərəfindən təsdiqlənən sənəd Vaşinqtonun ticarət siyasətinə qarşı çıxmaq məqsədi daşıyır.

Xatırladaq ki, ABŞ Braziliya barəsində Hindistanla bərabər ən yüksək rüsumlardan birini tətbiq edib. Vaşinqtonun 50% rüsum təyin etmək qərarı Braziliya ixracatının əhəmiyyətli bir hissəsini təsir edib, baxmayaraq ki, ABŞ hakimiyyəti təyyarə istehsalı, enerji və qismən kənd təsərrüfatı da daxil olmaqla strateji sahələr üçün 700 istisna təmin etmişdi.