16:07 - 28.08.2025
28 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 716,301 milyon manat sığorta haqqı toplanılıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,8 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 448,712 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 22,3 % çoxdur.
Beləliklə, 7 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 62,6 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 58,8 manat olub.
Ötən 7 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56,45 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,8 manat olub.