15:32 - 27.08.2025
27 avqust, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycan 213 min ABŞ dolları dəyərində 43,4 ton ördək əti idxal edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 85 %, kəmiyyət olaraq – 61 % çoxdur.
Hesabat dövründə Azərbaycana Braziliyadan 110,8 min ABŞ dolları dəyərində 24 ton, Rusiyadan 60 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 30 % az) 14,6 ton (-21 %), Fransadan 26,3 min ABŞ dolları dəyərində 1,7 ton (bir il əvvəl tədarük olmayıb), Macarıstandan 8,8 min ABŞ dolları dəyərində (+4,4 dəfə) 2 ton (+25 dəfə), Tailanddan 6,2 min ABŞ dolları dəyərində 1 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
Azərbaycan 1 il 10 aylıq fasilənin ardından Braziliyadan ördək ətinin tədarükünü bərpa edib.
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026