16:42 - 1.10.2018
1 oktyabr, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) şirkətdəki payını “Holcim Azerbaijan”a satıb.
Mənbədən verilən məlumata əsasən, bank, Azərbaycanın iri sement istehsalçısı olan “Holcim Azerbaijan” şirkətinin səhmlərinin 10%-nə malik idi.
“AYİB-in şirkətdəki payını digər səhmdar - İsveçrənin “Lafarge Holcim” şirkəti satın almış, səhmləri isə 66%-dən 76%-ə çatdırılmışdır. Qalan səhmlər, daha dəqiq isə, səhmlərin 10%-i əvvəlki kimi, İsveçrənin "Holcim Auslandbeteiligungs GmbH" şirkətinə, 14% isə fiziki şəxslərə məxsusdur”, - deyə mənbə bildirdi.
25 İyul 2026