09:24 - 27.08.2025
27 avqust, Fineko/abc.az. Etalon markaların qiyməti dünən düşdükdən sonra çərşənbə günü baş tutan hərracda cüzi yüksəlir.
Saat 09:20-yə olan məlumata görə, ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti $0,01 (0,01%) artaraq bir barel üçün $67,23-a yüksəlib. Avqustun 26-da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin oktyabr fyuçersləri $1,58 (2,30%) ucuzlaşaraq bir barelə $67,22 təşkil edib.
Saat 09:20-yə olan məlumata görə, NYMEX əmtəə birjasının ticarətində WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti $0,05 (0,08%) artaraq bir barel üçün $63,30-a yüksəlib. Avqustun 26-da aparılan hərracların nəticələrinə görə, WTI neftinin oktyabr fyuçersləri $1,55 (2,39%) ucuzlaşaraq bir barel üçün $63,25-a düşüb.
8 Avqust 2026
8 Avqust 2026