Azərbaycanda mobil rabitə abunəçilərinin sayı 11 milyonu keçib

11:55 - 26.08.2025


26 avqust, Fineko/abc.az. 2024-cü ildə Azərbaycanda mobil telefon abunəçilərinin sayı 11 milyon 323-ə çatıb ki, 5 il öncə bu rəqəm 10 milyon 344,3 min olub.

ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, ölkə üzrə ən çox mobil telefon abunəçisi Bakı şəhərinin payına düşür ki (5 milyon 191,4 min), bu da əvvəlki illə (2023-cü il) müqayisədə 6 faiz çoxdur.

Mobil telefon abunəçilərinin sayında ölkə üzrə ilk beşliyə Abşeron-Xızı (985,3 min), Gəncə-Daşkəsən (659,6), Mərkəzi Aran (548,5 min), Lənkəran-Astara iqtisadi rayonu (542,5) düşüb.

Qeyd olunan tarixdə Naxçıvan Muxtar Respublikasında mobil telefon abunəçilərinin sayı isə yarım milyonu ötüb (501,3 min).