Azərbaycanda daşınmaz əmlak bazarının həcmi 500 milyard dolları keçə bilər

10:58 - 26.08.2025


26 avqust, Fineko/abc.az. Bu ilin sonuna qədər Azərbaycanda daşınmaz əmlak bazarının həcminin 501,33 milyard ABŞ dollarına çatacağı gözlənilir.

Bunun 403,46 milyard ABŞ dolları bazarın əsas seqmenti olan yaşayış evlərinin payına düşəcək.

2025–2029-cu illərdə bu seqmentin illik orta artım tempi 7,39 % təşkil edəcək və nəticədə 2029-cu ildə bazarın həcmi 666,65 milyard ABŞ dollarına yüksələcək.

"Azərbaycanın daşınmaz əmlak bazarında lüks mülklərə tələbat artmaqdadır. Bu tendensiyanın əsas səbəblərindən biri ölkəyə yönələn xarici investisiyaların çoxalmasıdır", - deyə məlumatda qeyd olunub.

Bu il dünyada daşınmaz əmlak bazarının ən yüksək dəyərə malik olduğu ölkənin ABŞ olacağı proqnozlaşdırılır – 136,6 trilyon ABŞ dolları.

 

©report