12:55 - 21.08.2025
21 avqust, Fineko/abc.az. Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olduğunu bir daha vurğulayıb və qeyd edib ki, qarşıda sülhün institusionalizasiyası istiqamətində çox iş var.
"İmzalanmış Memorandumun nəticələri üzrə avqustun 8-də Ermənistanla Azərbaycan arasında müəyyən edilmiş sülh münasibətilə hamımızı təbrik edirəm", - deyə Ermənistan Baş naziri yerli telekanalların yayımladığı hökumət iclasında bildirib.
ABC.AZ xəbər verir ki, bununla yanaşı, o, bu məsələnin həlli ilə Ermənistanın yeni çağırışa, iş üçün yeni məzmun, yeni enerji, yeni həcm və böyük səmərəliliyin tətbiq edilməsi lazım olan inkişaf müstəvisinə çıxdığına inandığını bildirib.
"Qarşıda çox iş var. Vurğulamaq vacibdir ki, bu, konstruktiv, dinc və quruculuq işidir və biz hamımız bu işə maksimum diqqət yetirməliyik", - deyə Paşinyan vurğulayıb.
27 İyul 2026
27 İyul 2026