Azərbaycan və Rusiya Moskvada iqtisadiyyat üzrə hökumətlərarası komissiyanın iclasını keçirəcək

12:17 - 20.08.2025


20 avqust, Fineko/abc.az. Bu həftənin sonunda Moskvada Azərbaycan və Rusiya Hökumətlərarası İqtisadi əməkdaşlıq Komissiyasının 23-cü iclası keçiriləcək. 

ABC.AZ xəbər verir ki, görüşə iki ölkənin Baş nazirinin müavinləri — Aleksey Overçuk və Şahin Mustafayev rəhbərlik edəcəklər.

Ekspertlər qeyd edirlər ki, iclas ikitərəfli gərginliyin azaldılmasına işarə olacaq. 2025-ci ilin ilk altı ayında ölkələrin ticarət dövriyyəsi 2,5 milyard dollara çatıb ki, bu da ötən illə müqayisədə 16% artım deməkdir.