14:49 - 19.08.2025
19 avqust, Fineko/abc.az. İran və Ermənistan ümumi sərhəddə Araz çayı üzərində ikinci körpünün açılması barədə razılığa gəliblər.
ABC.AZ xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda İran prezidenti Məsud Pezeşkianla danışıqlardan sonra mətbuat qarşısında çıxış edərkən deyib.
O bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard dollara çatıb və İrəvan və Tehran ardıcıl olaraq növbəti hədəfə - 3 milyard dollara çatmaq üçün çalışırlar. İranın Avrasiya İqtisadi Birliyi (AİB) ilə qarşılıqlı əlaqəsi bu məqsədə çatmaq üçün vacib şərtlərdən biridir.
Paşinyan: Azərbaycanla razılaşma dəmir yolu kommunikasiya əlaqələrini açacaq
"Bu baxımdan İran və AİB arasında azad ticarət zonası haqqında qüvvəyə minmiş saziş iki ölkənin sahibkarları üçün yeni imkanlar açır", - deyə Ermənistan Baş naziri əminliyini ifadə edib.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026