Paşinyan: Azərbaycanla razılaşma dəmir yolu kommunikasiya əlaqələrini açacaq

14:25 - 19.08.2025


19 avqust, Fineko/abc.az. Azərbaycanla razılaşma Ermənistan və İran arasında dəmir yolu kommunikasiyasını açacaq.

ABC.AZ xəbər verir ki, bunu İran prezidenti Pezeşkianla brifinqdə Nikol Paşinyan deyib.

İran və Ermənistan Araz üzərindən ikinci körpünü açacaq və ticarət dövriyyəsini 3 milyard dollara çatdıracaq

Qeyd edək ki, bu gün İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan və İran prezidenti Məsud Pezeşkian arasında danışıqlara start verilib.