Azərbaycan meyvə-tərəvəz ixracından  506.4 mln. dollar gəlir əldə edib

12:28 - 19.08.2025


19 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayı ərzində Azərbaycandan 506.4 milyon dollar dəyərində 490.6 min ton meyvə-tərəvəz ixrac edilib.

Bu barədə ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.

Bildirilir ki, hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 32% və ya 122.5 milyon dollar, həcmi isə 33.1% və ya 122 min ton artıb. 2024-cü ilin ilk 7 ayında Azərbaycan 383.9 milyon dollar dəyərində 368.6 min ton meyvə-tərəvəz ixrac edib.

Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 156.9 milyon dollar dəyərində pomidor (143.6 min ton), 82.5 milyon dollar dəyərində meşə fındığı (11.4 min ton), 38.3 milyon dollar dəyərində alma (54.4 min ton ), 32.9 milyon dollar dəyərində xurma (45.8 min ton), 28.1 milyon dollar dəyərində kartof (70.8 min ton), 4.3 milyon dollar dəyərində nar (5 min ton) olub.