10:47 - 18.08.2025
18 avqust, Fineko/abc.az. Emal sənayesində cari ilin yanvar-iyul aylarında 11 milyard 727,7 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.
Qeyd olunur ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 10,6 faiz, tütün məmulatlarının istehsalında 8,1 faiz artım, içki istehsalında isə 1,2 faiz azalma müşahidə olunub. Bu sahələrin əsas məhsullarından makaron məmulatlarının istehsalı 2,6 dəfə, şəkər, qənd istehsalı 25,9 faiz artıb, araq istehsalı 2,8 faiz, meyvə-tərəvəz konservləri isə 0,6 faiz azalıb.
17 Avqust 2026
15 Avqust 2026