Əhalinin cari ildəki gəlirləri açıqlanıb

15:28 - 15.08.2025


15 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri 50 514,1 milyon manat və ya hər nəfərə orta hesabla 4 935,6 manat olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki , bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz çoxdur.

Əhalinin sərəncamında qalan gəlirləri 44264,5 milyon manat təşkil edib.