14:31 - 15.08.2025
15 avqust, Fineko/abc.az. Avropaya səyahət edən turistlər 12 oktyabr 2025-ci il tarixindən etibarən sərhəd nəzarəti prosedurlarında əhəmiyyətli dəyişikliklərlə üzləşəcəklər.
ABC.AZ xarici KİV-lərə istinadən xəbər verir ki,Avropa İttifaqı üzv olmayan ölkələrin vətəndaşları üçün pasportlardakı ənənəvi möhürləri rəqəmsal biometrik skanerlə əvəz edən yeni Giriş/Çıxış Sistemini (EES) istifadəyə verəcək.
Məlumata görə, əcnəbilər biometrik məlumatları təqdim etməkdən imtina edə bilməyəcək, əks halda, ölkəyə giriş qadağan ediləcək.
Sistem Kipr və İrlandiya istisna olmaqla Aİ-nin bütün üzv dövlətlərində, həmçinin İttifaqa daxil olmayan dörd Şengen ölkəsində - İslandiya, Lixtenşteyn, Norveç və İsveçrədə fəaliyyət göstərəcək.
Qeyd edilir ki, sonuncu yenilik 2026-cı ilin sonunda baş verəcək. Sistem Aİ üzvü olmayan ölkələrdən olan səyahətçilərdən Şengen zonasına getməzdən əvvəl 20 avro rüsum ödəməyi və əvvəlcədən icazə almağı tələb edəcək. (C) Trend
30 İyul 2026
29 İyul 2026