Xarici vətəndaşlara qaytarılan ƏDV-nin həcmi açıqlanıb

15:37 - 14.08.2025


14 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayı ərzində dövlət büdcəsindən xarici vətəndaşlara ölkə ərazisində alınan istehsal və kommersiya məqsədi daşımayan mallara görə ödənilən ƏDV-nin 5 milyon 874 min manatı geri qaytarılıb.

Bu barədə ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumat verilir ki, bu məbləğə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə qaytarılan ƏDV də daxildir.