2024-cü ildə KOB subyektlərinin dövriyyəsi  48 mlrd. manatdan çox olub 

15:12 - 14.08.2025


14 avqust, Fineko/abc.az. 2024-cü ildə əvvəlki illə müqayisədə sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun olaraq böyüyən və dövriyyəsi artan KOB subyektlərinin sayı çoxalıb. Belə ki, 2023-cü illə müqayisədə ötən il sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun olaraq böyüyən KOB-ların sayı 14 faizə yaxın artıb.

Bu barədə ABC.AZ-a Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
 
Həmçinin qeyd olunub ki, KOB subyektlərinin dövriyyəsi isə əvvəlki illə müqayisədə 2024-cü ildə 10 faizə yaxın artaraq 48 milyard manatdan çox olub.