Naxçıvan iqtisadiyyatı böyüyüb

12:34 - 14.08.2025


14 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında Naxçıvan Muxtar Respublikasında 927,3 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 % çoxdur.
Son 1 ildə muxtar respublikada əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri isə 4,3 % artaraq 1 967 manat olub.