12:23 - 13.08.2025
13 avqust, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-iyul ayları ərzində daşınmaz əmlak üzərində 204.494 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
ABC.AZ qurumun məlumatına istinadla xəbər verir ki, qeydiyyata alınan mülkiyyət hüququnun 37.588-i (18,4 %) ilkin, 166.906-si (81,6 %) isə təkrar qeydiyyatın payına düşür.
"Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində – 37.904, mənzil – 52.196, torpaq sahəsi – 106.814, qeyri-yaşayış binası – 1.736, qeyri-yaşayış sahəsi – 5.340, əmlak kompleksi – 417, çoxmərtəbəli yaşayış binası – 84 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 56.114-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşüb", - məlumatda vurğulanıb.
Həmçinin qeyd edilib ki, Bu ilin yanvar-iyul ayları ərzində 145.642 texniki pasport tərtib edilib, 34.196 ipoteka müqaviləsi qeydiyyata alınıb.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026