12:10 - 13.08.2025
13 avqust, Fineko/abc.az. Cari ilin I yarısında daxili istehlakın artımı məcmu tələbə əhəmiyyətli təsir göstərib.
Bu barədə ABC.AZ Mərkəzi Banka istinadla xəbər verir.
Məlumat verilir ki, 2025-ci ilin I rübündə nominal ÜDM-nin tərkibində ev təsərrüfatlarının son istehlak xərcləri 58.2% (ötən ilin eyni dövrünə nisbətən 2.7 faiz bəndi artım), dövlət idarələrinin son istehlak xərcləri isə 15% (ötən ilin eyni dövrünə nisbətən 1.2 faiz bəndi artım) təşkil edib.
Hesabat dövründə ev təsərrüfatlarının son istehlak xərcləri nominal ifadədə 8.26%, dövlət idarələrinin son istehlak xərcləri isə 12.51% artıb.
2025-ci ilin I yarısında əhaliyə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri ötən ilin eyni dövrünə nəzərən 5.1% artaraq 37.7 milyard manat olub.
Qeyri-dövlət mülkiyyəti üzrəümumi dəyər ötən ilin eyni dövrünə nisbətən 4.9% artaraq 36.2 milyard manat təşkil edib.
İstehlak bazarında formalaşan ümumi dəyərin 78.5%-i pərakəndə ticarət dövriyyəsi, 18.2%-i ödənişli xidmətlər, 3.3%-i isə ictimai iaşə dövriyyəsi hesabına olub.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026