17:02 - 11.08.2025
11 avqust, Fineko/abc.az. “Azərbaycanın Ukraynaya hərbi deyil, humanitar yardım göstərməsindən danışırıqsa, bu, tamamilə normal addımdır”.
ABC.AZ xəbər verir ki, bu fikri RF Dövlət Duması sədrinin beynəlxalq məsələlər üzrə müavini Svetlana Jurova bildirib.
Daha əvvəl xəbər verilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya humanitar yardım üçün iki milyon dollar ayırıb. Sənədə əsasən, vəsait Azərbaycanda istehsal olunan elektrik avadanlıqlarının alınmasına və göndərilməsinə yönəldiləcək.
“Burada qeyri-adi bir şey yoxdur, onlar hərbi yardım göstərmirlər, dinc həyatın bərpasında iştirak edirlər. Üstəlik, avadanlıqları varsa, yaxşıdırsa, o zaman insanlar yararlanmalıdırlar. Rusiya dinc sakinlərin həyatını pisləşdirmək niyyətində deyil. Hərbi məqsədlər başqa bir məsələdir, insanlara, dinc həyata gəldikdə isə, əlbəttə ki, bu normaldır”, — deyə o bildirib.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026