15:09 - 11.08.2025
11 avqust, Fineko/abc.az. 2025-ci ilin iyul ayında istehlak qiymətləri indeksi 2024-cü ilin iyul ayına nisbətən 105,0 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 106,2 faiz, qeyri-qida məhsulları üzrə 102,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,6 faiz təşkil edib.
Dövlət Statistika Komitəsinə istinadən ABC.AZ-a verilən məlumata görə, 2025-ci ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,8 faiz təşkil edib.
Cari ilin iyul ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,5 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,6 faiz təşkil edib.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026