Nvıdıa və AMD, ABŞ-a Çində çip satış gəlirlərinin 15%-ni ödəməyə razı olublar

10:38 - 11.08.2025


11 avqust, Fineko/abc.az. ABŞ şirkətləri Nvidia və AMD, ixrac lisenziyaları müqabilində çip satış gəlirlərinin 15%-ni ABŞ-a ödəməyi qəbul ediblər.

ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg Financial Times-a istinadən yazır.

Söhbət Nvıdıa-nın H20 çiplərinin və AMD-nin Mİ308 çiplərinin satışından əldə olunan gəlirdən gedir. Lakin ABŞ prezidenti Donald Tramp administrasiyası hələ alınan vəsaitin hara yönəldiləcəyinə qərar verməyib. Təsdiqlənməmiş məlumatlara görə, sövdələşmə ABŞ hökumətinə 2 milyard dollardan çox gəlir gətirə bilər.