11:51 - 8.08.2025
8 avqust, Fineko/abc.az. Cari ilin sonunda Gəncədə innovasiya mərkəzi açılacaq.
ABC.AZ xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədir Fərid Osmanov bildirib.
“Bizim hədəfimiz təkcə Bakıda yox, həm də bölgələrdə maddi və mənəvi planda, o cümlədən, belə akselerasiya proqramlarının vasitəsilə startap-ekosistemlərinin yaradılmasına dəstək olmaqdır”, - deyə o bildirib.
F.Osmanov qeyd edib ki, qısa zamanda bu cür klaster Naxçıvan Dövlət Universitetində də yaradılacaq.
3 Avqust 2026
1 Avqust 2026