Yeddi ayda DGK üzrə büdcə daxilolmaları azalıb

17:08 - 6.08.2025


6 avqust, Fineko/abc.az. 2025-ci  ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsi (DGK) üzrə daxilolmalar 3,6 milyard manat təşkil edib.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu göstərici proqnozdan 102,8 milyon manat və ya 2,8 faiz az icra edilib.

Eyni zamanda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 368,7 milyon manat təşkil edərək proqnoza qarşı 117,5 milyon manat və ya 24,2 faiz az icra olunub.