Dövlət Neft Fondu büdcə öhdəliyini tam icra edib

16:26 - 6.08.2025


6 avqust, Fineko/abc.az. 2025-ci ilin yanvar-iyul aylarında Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfert tam icra edilib.

ABC.AZ  Maliyyə Nazirliyinin məlumatına  istinadla xəbər verir ki, hesabat dövründə Dövlət Neft Fondundan transfert 8,4 milyard manat təşkil edərək proqnoza qarşı 100,0 faiz icra edilib.

Qeyd olunur ki, 2025-ci il üzrə ARDNF büdcəyə 14,5 milyard manat vəsait köçürməlidir.