Naxçıvanda qeyri-dövlət sektorundan vergi daxilolmaları 95,3 mln. manat təşkil edib

10:41 - 6.08.2025


6 avqust, Fineko/abc.az. 2025-ci ilin yanvar – iyul ayları ərzində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 140,6 milyon manata yaxın vergi daxil ödənilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 20,3 faiz və ya 23,7 milyon manat çoxdur.

Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 6,7 faiz artıb

Naxçıvan MR təhsil nazirinin müavini vəzifəsindən azad edilib

ABC.AZ quruma istinadla xəbər verir ki, qeyri-dövlət sektorundan daxilolmalar 95,3 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 21,9 milyon manat və ya 29,8 faiz artıb.

Ödənilən vergilərin 67,8 faizi qeyri-dövlət sektorunun, 32,2 faizi isə dövlət sektorunun payına düşüb.