Cari ildə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 130,8  mln. manatdan çox olub

15:54 - 4.08.2025


4 avqust, Fineko/abc.az. 2025-ci ilin yanvar-iyul aylarında işsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz artaraq 130,8  milyon manatdan çox olub.

Bu barədə ABC.AZ  Dövlət Vergi Xidmətinə istinadla xəbər verir.

Qeyd olunur ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,2 faiz artıb və 98,9 milyon manatdan çox təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 10,8 faiz artıb və 641,1 milyon manatdan çox olub. 
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,5 faiz artaraq  449,3 milyon manatdan çox təşkil edib.