15:34 - 31.07.2025
31 iyul, Fineko/abc.az. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müavinlərinin sayı birdən üçə yüksəldilib.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 aprel tarixli 25 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”də dəyişikliklə bağlı fərmanında deyilir.