Azərbaycanda emal edilməmiş metalların istehsalı artıb

14:28 - 31.07.2025


31 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında ölkənin metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 15,5 min ton emal edilməmiş metallar (qurğuşun, alüminium, sink, nikel və s.) istehsal edilib.

ABC.AZ xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə istehsal həcmi 14,8 faiz və ya 2 min ton artıb.

İyul ayının 1-nə hazır məhsul ehtiyatı 6,9 min ton təşkil edib.