14:58 - 26.09.2018
26 sentyabr, Fineko/abc.az. Bakıda və Abşeron yarımadasında sabah, sentyabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Abşeron yarımadasında gecə 16-18, gündüz 19-22, Bakıda gecə 16-18, gündüz 19-21 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85%, gündüz 60-70% olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 27-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 22-27, dağlarda gecə 7-12, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026