Mərkəz auditor axtarır

16:34 - 25.07.2025


25 iyul, Fineko/abc.az.  Sosial Tədqiqatlar Mərkəzi (STM) 2024-cü il üzrə maliyyə nəticələrinin auditi üçün kotirovka sorğusu elan edib.

Tenderdə iştirak haqqı 23 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini avqustun 5-nə STM-in yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 18 ünvanına təqdim edə bilərlər.

Təkliflərə avqustun 5-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.