Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

10:59 - 25.07.2025


25 iyul, Fineko/abc.az. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti “Dentons Europe (Central Asia) Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, müqavilədə “Azərbaycan Respublikası Abşeron rayonunda Dəniz Suyunun Duzsuzlaşdırılması Zavodu Layihəsinə dair hüquqi məsləhət xidmətləri”nin satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 189 390 AZN təşkil edir.