Neuralink, 2030-cu ilə qədər ildə 20.000 beyin implantı quraşdırmağı və 1 milyard dollar qazanmağı planlaşdırır

17:14 - 24.07.2025


24 iyul, Fineko/abc.az. İlon Mask tərəfindən qurulan Neuralink, hər il 20.000 xəstəyə beyin implantları quraşdırmaq və 1 milyard dollardan çox gəlir əldə etməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, hazırda Telepathy cihazı klinik sınaqlardan keçir: iflic insanlara kompüteri düşüncə gücü ilə idarə etməyə imkan verir.

Planlarda Blindsight (görmə qabiliyyətini geri qaytarmaq üçün) və Deep (Parkinson xəstəliyi ilə mübarizə üçün) implantları da var. 2029-cu ilə qədər şirkət ABŞ-da kütləvi əməliyyatlar üçün icazə almağa ümid edir. Artıq 1,3 milyard dollar sərmayə cəlb edilib, kapitallaşma isə 9 milyard dollara çatıb.