Azərbaycanda ÜDM bu il sonuna 3% artacaq

12:09 - 23.07.2025


23 iyul, Fineko/abc.az. Azərbaycanda bu ilin sonuna ÜDM-in 3%, qeyri-neft sektorunun isə 4,2% artacağını proqnozlaşdırırıq.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankda faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında tənzimləyici qurumun İdarə Heyətinin sədri Taleh Kazımov deyib.

O daha sonra gələn il üçün də proqnozları açıqlayıb:  "2026-cı il üçün isə iqtisadi artımın 2,2%, qeyri-neft sektoru üzrə isə 4,3 faiz artım proqnozlaşdırırıq", - T. Kazımov vurğulayıb.

Müəllif: Elmir Murad