11:08 - 18.07.2025
18 iyul, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Akkreditasiya Mərkəzi uyğunluğu qiymətləndirən 78 qurumu akkreditasiya edib.
ABC.AZ Dövlət Agentliyinə istinadən xəbər verir ki, bunun 34-ü sınaq labaratoriyası, 28-i inspeksiya xidməti göstərən qurum, 7-si sınaq (kalibirləmə) labaratoriyası, 4-ü məhsul, iş və xidmətlərin sertifikatlaşdırılması üzrə qurum, 3-ü idarəetmə sistemlərinin sertifikatlaşdırılması üçün qurum, 2-si isə işçi heyətinin sertifikatlaşdırılmasını yerinə yerinə yetirən qurumdur.
"Uyğunluğun qiymətləndirilməsi sahəsində həyata keçirilən akkreditasiya prosesi dəqiq nəticələrə malik sınaqların, inspeksiya, ölçmə və kalibrləmə xidmətlərinin əldə olunmasını təmin etməklə yanaşı, istehlakçıların keyfiyyətli və təhlükəsiz mal və xidmətlərə çıxış imkanlarını artırır", - deyə məlumatdda qeyd olunub.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026