I yarımildə sənaye zonalarında neçə sahibkar qeydiyyata alınıb?

17:25 - 17.07.2025


17 iyul, Fineko/abc.az. Bu ilin I yarısında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki sənaye zonalarında investisiya portfeli 307 milyon manatdan çox olan 18 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib.

ABC.AZ agentliyə istinadən xəbər verir ki, bunlardan 3-ü Ağdam Sənaye Parkının, 5-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 3-ü Sumqayıt Kimya Sənaye Parkının, 5-i Hacıqabul Sənaye Parkının, 1-i Masallı Sənaye Məhəlləsinin, 1-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.

Eyni zamanda Ağdam, Hacıqabul və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında hər biri üzrə 1 olmaqla ümumilkdə 3 sahibkarlıq subyekti isə qeyri-rezidentlik statusu alıb.

Qeydiyyatdan keçən investorlar sənaye zonalarında smart televizorlar, velosiped, elektrik mühərrikli avtobuslar, lift və eskalatorlar istehsalı layihələri həyata keçirəcək, tekstil sahəsində klasterləşmə formalaşdırılacaq, günəş elektrik stansiyası quracaq.