10:53 - 16.07.2025
16 iyul, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ şirkəti KBR-in birgə müəssisəsi olan SOCAR-KBR MMC Böyük Britaniya şirkəti BP ilə Azərbaycanda iki yeni layihə üzrə iki müqavilə imzalayıb.
ABC.AZ xəbər verir ki, bu barədə KBR-in məlumatında bildirilir.
“Müqavilələrdən biri “Səngəçal” terminalının elektrikləşdirilməsi (STEL) layihəsinin dəstəklənməsini, digəri isə “Shah Deniz Compression” platforması layihəsini nəzərdə tutur. Müqavilələrin şərtlərinə əsasən, SOCAR-KBR hər iki layihə üçün ətraflı mühəndis layihələndirməsi və satınalma xidmətləri təqdim edəcək”, – məlumatda deyilir.
Müqavilələrin dəyəri açıqlanmır. Onların həyata keçirilməsi ilə SOCAR-KBR məşğul olacaq, yerli mütəxəssislərin təcrübəsindən və KBR-in beynəlxalq komandasının dəstəyindən istifadə edəcək.
“Əvvəllər SOCAR-KBR STEL layihəsi üçün baza mühəndisliyi (FEED), həmçinin SDC layihəsi üçün layihə öncəsi işləri və FEED həyata keçirib. Bu əlavə işlər BP-nin SOCAR-KBR-in yüksək keyfiyyətli xidmətlərinə dəyişməz inamını əks etdirir”, – məlumatda qeyd olunub.
SOCAR-KBR-in Bakıdakı komandasının 95%-dən çoxunu azərbaycanlı mühəndislər, layihəçilər və digər mütəxəssislər təşkil edir.
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026