Qazaxıstan Slovakiyanın atom elektrik stansiyalarına uran tədarük edəcək

10:21 - 16.07.2025


16 iyun, Fineko/abc.az. “Kazatomprom” və “Slovenské elektrárne a.s.” (SEAS) şirkəti atom sənayesində əməkdaşlıq haqqında memorandum imzalayıblar.

ABC.AZ xəbər verir ki, tərəflər təbii uran konsentratının tədarükü və Slovakiya nüvə stansiyalarının ehtiyacları üçün potensial uran dioksid tədarükü barədə razılığa gəliblər.

Bu ilin aprel ayında “Kazatomprom” və ČEZ a.s. şirkəti Çexiyanın atom elektrik stansiyaları üçün Qazaxıstan təbii uran konsentratının tədarükü haqqında müqavilə imzalamışdırlar.