17:25 - 15.07.2025
15 iyun, Fineko/abc.az. İyun ayında Kanadada illik inflyasiya may ayında qeyd olunan 1,7%-dən 1,9%-ə yüksəlib. Səbəb, davamlı malların bahalaşması və benzin qiymətlərinin azalmasının yavaşlamasıdır.
ABC.AZ xəbər verir ki, Dövlət İdarəsinin məlumatına görə, baza inflyasiya təzyiqi davam edir. Enerji daşıyıcıları nəzərə alınmadan İstehlak qiymətləri indeksi 2,7% artıb. Avtomobil qiymətlərinin artması və enerji deflyasiyasının sona çatması təsir edib.
ABŞ ilə ticarət müharibəsi əlavə təzyiq yaradır. İyulun 15-dən Kanada 30 milyard dollara qarşılıqlı rüsumları tətbiq edib ki, bu da artıq iqtisadiyyata təsir edib və inflyasiya risklərini artırıb.
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026