Qurbanqulu Berdiməhəmmədov Qarabağa səfər edəcək

16:50 - 15.07.2025


15 iyul, Fineko/abc.az. Türkmən xalqının Milli Lideri, Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov 16-17 iyul tarixlərində Azərbaycanda səfərdə olacaq.

ABC.AZ xəbər verir ki, səfər zamanı ikitərəfli əlaqələr müzakirə olunacaq.

Səfər çərçivəsində Qurbanqulu Berdiməhəmmədovun Qarabağa səfəri gözlənilir.