10:59 - 15.07.2025
15 iyul, Fineko/abc.az. Azərbaycan üzrə qızıl, mis və gümüş hasilatı ilə məşğul olan Böyük Britaniya şirkəti “Anglo Asian Mining plc” 2025-ci ilin ilk yarısı üzrə hasilat, satış və əməliyyat nəticələrini açıqlayıb.
ABC.AZ xəbər verir ki, sözügüdən dövrdə mədən şirkətinin hesabatında qeyd edilir ki, qızıl hasilatı 6 086 unsiya (öncəki ildə: 2 438 unsiya) idi. Gümüş hasilatı 32 033 unsiya (2024: 6 341 unsiya) olub.
“Gilar” yatağı 2025-ci ilin may ayında hasilata başlayıb və ikinci rübdə 106 510 ton filiz hasil olunub. Orta tərkibi: 1.23 q/t qızıl və 0.84% mis.
Bununla bildirilir ki, “Dəmirli” yatağı üzrə hasilata hazırlıq işləri plan üzrə davam etdirilir.
18 Avqust 2026