10:33 - 15.07.2025
15 iyul, Fineko/abc.az. 2-ci rübdə Çin iqtisadiyyatı illik müqayisədə 5,2% artıb.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika İdarəsinin hesabatında deyilir.
ÜDM-in artım tempi yanvar-mart aylarında 5,4%-dən yavaşlayıb. Trading Economics məlumatına görə, analitiklər orta hesabla 5,1%-ə qədər azalma gözləyirdilər.
ÇXR-in aprel-iyun aylarında ÜDM-in əvvəlki üç aya nisbətən artması 1,1% (orta proqnoz 0,9%) təşkil etmişdir. 1-ci rübdə bu göstərici, rüblük müqayisədə 1,2% artıb.
İlin 1-ci yarısında iqtisadiyyatın həcmi illik müqayisədə 5,3% artaraq 66,05 trilyon yuan (9,24 trilyon dollar) təşkil edib.
Çin əhalisinin adambaşına düşən gəlirləri yanvar-iyun aylarında 5,3% artaraq 21,84 min yuana çatıb.
2024-cü ilin nəticələrinə görə ÇXR iqtisadiyyatı 5% artıb, eyni artım 2025-ci il üçün sosial-iqtisadi inkişaf planında nəzərdə tutulmuşdur.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026