BTC kəməri ilə indiyədək 612,2 milyon ton neft ixrac olunub

09:55 - 15.07.2025


15 iyul, Fineko/abc.az. Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri istismara veriləndən 01 iyul 2025-ci il tarixinədək ümumi ixrac olunan Azərbaycan nefti həcmləri 612,2 mln. ton təşkil edib və bu həcmlərin 88%-i BTC kəmərinin payına düşüb.

ABC.AZ xəbər verir ki, bu barədə SOCAR-ın paylaşımında bildirilir.

“13 iyul 2006-cı ildə “Əsrin müqaviləsi”nin əsas tərkib hissələrindən biri olan, Azərbaycan neftinin birbaşa dünya bazarlarına çıxışını təmin edən və ölkəmizin enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin rəsmi açılış mərasimi Türkiyənin Ceyhan terminalında keçirilib”, – paylaşımda qeyd olunur.

Bildirilir ki, hesabat dövründə BTC ilə 537,2 mln. Ton Azərbaycan nefti nəql olunub (BTC ilə nəql olunan neftin 89%-i) və 66,6 mln. tranzin neftinin payına düşüb (nəqlin 11%-i)